"Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil" - İTTİHAM

19-05-2016, 13:16           
"Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil" - İTTİHAM
Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi Dünya Azərbaycanlılarının IV Qurultayına çağrılmaması ilə bağlı narazılığını ifadə edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, ötən illər ərzində keçirilən qurultayların heç bir nəticəsi olmayıb.
“Amerika Azərbaycanlıları Cəmiyyəti dünyada ilk qurulan cəmiyyətdir, 59 il ABŞ,-da Azərbaycan bayrağını uca tutub. Bizi qurultaya çağırmasalar nə olacaq ki.

Eks-prezident Heydər Əliyev ilk Qurultayda məni Dünya Azərbaycanlılarının əlaqələndirmə şurasına vitse-prezident seçmişdi. Prezident İlham Əliyev isə mənə şöhrət ordeni verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil”, deyə diaspor rəhbəri vurğulayıb.

İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb.

Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə Azərbaycana dost münasibətilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru