«Ronahi» Kürd Mərkəzinə ittiham - "Kürdlərin adından istifadə edərək..."

20-05-2016, 10:25           
«Ronahi» Kürd Mərkəzinə ittiham - "Kürdlərin adından istifadə edərək..."
Laçın rayonundan olan ziyalılar «Ronahi» Kürd Mədəniyyət Mərkəzinə qarşı etirazlarını dilə gətirməyə başlayıblar. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə artıq geniş müzakirələr belə başlayıb.
Belə ki, məsələni ilk gündəmə gətirən şəxs, rayonun gənc ziyalılarından olan Sadıq Axundov olub. O özünün Facebook səhifəsində yazıb ki, «Ronahi» Kürd Mədəniyyə Mərkəzi bir zamanlar kürdlərin hüquqlarını qoruyan təşkilat kimi ad çıxarsa da, son 3 ildə fəaliyyətindən əsər-əlamət yoxdur. «Son üç ildə mərkəzin fəaliyyəti dondurulub. Mərkəz rəhbərliyinin laqeydliyi insanlarda artıq ciddi şübhələr yaratmağa başlayıb. Onlar nə Laçının işğal günüylə bağlı tədbirlərdə, nə də aprel döyüşlərində şəzid olmuş Ülvin Camaləddin oğlunun yas mərasiminə qatıldılar. Belə bir mərkəzin fəaliyyətsizliyini qəti şəkildə qınayır və pisləyirik. Kürdlərin adından istifadə edərək, öz mənafeyini güdənlərin bir adı var: ŞƏRƏFSİZ!»

JAM.AZ xəbər verir ki, Sadıq Axundov daha sonra yazıb ki, əgər mərkəz rəhbərliyində təmsil olunanların damarında kürd qanı axsaydı, onlar Laçının anım gününə və şəhidlərimizin yas mərasiminə qatılardılar. «Bunların heç birini etməyən mərkəzin rəhbərini və mərkəzi tanımırıq».
Qeyd edək ki, «Ronahi» Kürd Mədəniyyət Mərkəzinin hazırkı rəhbəri Fəxrəddin Paşayevdir. O, 3 il qabaq mərkəzin təcili konfransını çağıraraq, sədr seçilib. Həmin vaxtdan bəri «Ronahi» daxilində narazılıqlar başlayıb. Hətta təşkilat bir dəfə parçalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.