"Dedi ki, 110 min dollar maaş alır" - Qüdrət Həsənquliyevə CAVAB

21-05-2016, 11:17           
"Dedi ki, 110 min dollar maaş alır" - Qüdrət Həsənquliyevə CAVAB
“Azərbaycanda hakimlərin əmək haqlarının 10 dəfə artırılması mümkünd eyil”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Çingiz Qənizadə həmkarı Qüdrət Həsənquliyevin təklifinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə olsa, onda Azərbaycan hakimləri Amerika hakimlərindən də çox alacaqlar.
“Hakimlər ölkənin hakimiyyətinin bir qolunda olan şəxslərin bir qismidir.

Hesab edirəm ki, məhkəmələrlə bağlı cəmiyyətdə neqativ hallar var. Zaman-zaman hakimlərin hərəkətlərindən, qanunsuz qəbul etdiyi qərarlardan şikayətlənirik. Bəzən onların pul məsələsini qabardırıq ki, rüşvət alırlar. Neqativ hallar var, bunu ölkə rəhbərliyi və digər şəxslər deyir, buna uyğun hakimlər də cəzalandırılır.

Onların əmək haqqının artırılmasını bu tədbirlərin tərkib hissəsi kimi qiymətləndirmək olar. Belə olsa bunu müsbət dəyərləndirirəm. Bu zaman hakimlər öz işlərinə, vəzifələrinə məsuliyyətlə yanaşacaqlar və ən azı onu itirəcəyi təqdirdə yüksək məbləğli əmək haqqından məhrum olacaqlarını düşünəcəklər”.

Deputat digər tərəfdən hakimlərin problemlərini də qabardıb.

“Rayonlara ezam olunmuş hakim korpusu üçün yaşayış şəraiti, evlə təminatı yoxdur, onlar kirayədə qalır, əmək haqqı aşağıdır. İqtisadi şərait hakimlərin maaşınının hələ kiŞ 10 faiz artırılmasına imkan verir.

Amma 10 faiz deyil, 30-50 faiz artırılmasını düzgün hesab edirəm. Hakim 3-5 min əmək haqqı alarsa, neqativ hallara getməyəcək, daha çox obyektiv olacaq. Bu yaxınlarda Baltimor şəhərinin hakimi ilə söhbət edirdim.

Azərbaycanda mənim evimdə qonaq idi. Dedi ki, ildə 110 min dollar əmək haqqı alıram. Amma o vurğuladı ki, məhkəmə binasında olanda hətta prezident də zəng etsə telefonu qaldırmır. Deyir ki, orada tam müstəqiləm, işimin də sahibiyəm. 10 min əmək haqqı təbii ki, Azərbaycanda yoxdur.

Lakin hakimlərin maaşının 10-20 faiz artırılması müsbətdir və bu onların şəraitinin, xüsusilə regionlarda olan hakimlərin sosial şəraitinin yaxşılaşdırılması üçün vacibdir. Həmçinin də hakimlərin neqativ hallardan uzaq olmasına gətirib çıxardan amillərdəndir”.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Modern.az saytına müsahibəsində məhkəmə islahatlarının vacibliyini vurğulayıb.

O bildirib ki, hakimlərin maaşı ən azı 10 dəfə artırılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.