ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

16-11-2022, 10:35           
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
ABŞ İran dronlarının Rusiyaya tədarükündə əli olduğu bildirilən üç şirkət və iki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Siyahıya “Shahed” PUA-larının istehsalçısı olan İranın “Shahed Aviation Industries Research Center” şirkəti də daxil edilib.

Sanksiyalar həmçinin BƏƏ-də yerləşən iki şirkətə, “Success Aviation Services FZC” və “Jet Global DMCC” şirkətlərinə qarşı tətbiq edilib.

Bununla yanaşı, qara siyahıya Abbas Cuma və Tiqran Srabionov da daxil edilib. Onlar “Vaqner” muzdlu dəstəsi tərəfində İran dronlarının alınmasını təmin ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru