İranın Azərbaycana notasının cavabının aqibəti necə olacaq? - AKTUAL
16-11-2022, 10:18
İran Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirinə etiraz notası təqdim edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə məlumatı Toplum tv-yə təsdiqləyib. O, bildirib ki, noyabrın 14-ü iki ölkənin xarici işlər naziri arasında telefon danışığı olub.
Nazirliyin məlumatında deyilir ki, ikitərəfli gündəliyin aktual məsələləri, regional vəziyyət müzakirə olunub.
Etiraz notasında “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” məlumat qeyd olunub.
İranın Azərbaycana yolladığı notadan sonra Azərbaycan hansı addımları atacaq?
ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın apardığı siyasətə diqqət çəkib. Deyir, İranda rejim dəyişikliyi olmasa münasibətlərin normallaşması çətin məsələ olacaq.
Noyabrın 14-ü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İrana informasiya ötürdüyü iddia edilən “casus şəbəkəsi”ni üzə çıxardığını bəyan edib. Bu iş üzrə 5 nəfər həbs edilib.