ABŞ-ın bu addımı dünya üçün faydalı olar - Slutski

30-11-2022, 08:30           
ABŞ-ın bu addımı dünya üçün faydalı olar - Slutski
ABŞ-ın NATO-dan çıxması dünyada gərginliyi azaltmaq üçün yaxşı fürsət olardı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Baş prokurorunun sabiq müavini Bryus Faynın fikirlərinə münasibət bildirərkən deyib.

"Mükafata gəlincə, bu, o qədər də vacib deyil. Amma əslində bu, doğrudur. Konqresdə az qala səs çoxluğu qazanmış respublikaçılar üçün xoşməramlılıq nümayiş etdirmək və dünyada gərginliyin azaldılmasına real töhfə vermək üçün yaxşı imkan yaranıb", - o bildirib.

Parlamentarinin sözlərinə görə, bu, həm də ABŞ-da vergi ödəyicilərini xilas etməyə kömək edəcək.

Qeyd edək ki, Ronald Reyqan prezidentliyi zamanı baş prokurorun müavini olmuş Bryus Fayn məqaləsində ABŞ-ın NATO-dan çıxmasının Ukrayna böhranının həllinə kömək edəcəyini vurğulamışdı.

Onun qeydlərinə görə, Konqres Ukraynadakı münaqişəyə son qoya və Nobel Sülh Mükafatını qazana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru