“Çox absurd qərardır” - Fazil Mustafadan sərt çıxış

25-05-2016, 12:13           

“Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır”.

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. O hesab edir ki, ikinci absurd qərar dərslərin sentyabrın 15-də başlamasıdır: “Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar”.

F.Mustafa qeyd edib ki, əgər sistem bu şəkildə olarsa valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru