İlham Əliyev Kadırova pistolet hədiyyə edib! - VİDEO

26-05-2016, 10:50           
İlham Əliyev Kadırova pistolet hədiyyə edib! - VİDEO
Rusiya KİV-nin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə, Çeçenistanın başçısı səlahiyyətlərini icra edən Ramzan Kadırova «adlı pistolet» hədiyyə edib. Bu barədə Kadırov özünün «İnstaqram» səhifəsində yazıb («TASS»).

«Mənim Azərbaycan respublikası prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm olub. O, Azərbaycan prezidenti İlham Əliyevin adından mənə «Zəfər» adlı pistoleti təqdim etdi. Bu hədiyyəni mən, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərimə görə» aldım» – deyə, Kadırov yazıb.

Kadırov onu də qeyd edib ki, Qroznıda Azərbaycan nümayəndə heyəti ilə görüşün gedişi zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub: «Biz, münasibətlərin inkişaf etdirilməsinə, irəliyə doğru hərəkət etməyə, Çeçen Respublikasının terrorçuluq və ekstremizmlə mübarizə sahəsindəki təcrübəsindən istifadə etməyin vacib olduğuna əminliyimizi ifadə etdik. Ticarət-iqtisadi münasibətlərin inkişafı məsələsinə xüsusi diqqət ayırdıq» – deyə, Kadırov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.