Ermənilər NARAHATDIR: MN 48 yaşa qədər kişilərə ÇAĞIRIŞ GÖNDƏRDİ

10-03-2023, 12:15           
Ermənilər NARAHATDIR:
“Bölgələrdə kişilərə Müdafiə Nazirliyindən bildirişlər gəlib”.

KONKRET.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb. Ermənilər göndərilən bildirişlərdən narahat olmağa başlayıblar.

Qəzet yazır: “Bu günlərdə rayonlarda insanlar çox narahatdır. Dövriyyədə olan xəbərlərə görə, 48 yaşa qədər çoxlu sayda kişiyə hərbi təlimlərdə iştirak etmək üçün xəbərdarlıq edilib. Bu, çoxlarının tezliklə mümkün müharibənin olacağı qənaətinə gəlməyə səbəb olub.

“İravunk” Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyandan təfərrüatları öyrənməyə çalışıb. O, bildirişlərlə bağlı xəbəri mahiyyətcə təsdiqləyib. O vurğulayıb ki, ehtiyatda olan hərbi hissələrdə qeydiyyatda olan vətəndaşlara təlim-məşq toplanışlarında iştirak etmək üçün bildirişlər göndərilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi onu da əlavə edib ki, bundan əvvəl bu barədə Ermənistan hökuməti də məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru