Bayden koronavirusla bağlı kəşfiyyat məlumatlarının açıqlanmasına tələsmir

11-03-2023, 10:25           
Bayden koronavirusla bağlı kəşfiyyat məlumatlarının açıqlanmasına tələsmir
Prezident Co Bayden ABŞ kəşfiyyatının koronavirusun mənşəyi ilə bağlı məlumatlarını açıqlamalı olduğu Konqres tərəfindən təsdiqlənmiş qanun layihəsini imzalayıb-imzalamayacağını hələ deməyə hazır deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezident özü də dünən Vaşinqtondan Delaverə səfərdən əvvəl jurnalistlərə deyib bu barədə hələ qərar vermədiyini deyib.

Günün əvvəlində Konqresin Nümayəndələr Palatası qanun layihəsini təsdiqləyib. İndi layihə imzalanmaq üçün Baydenə göndərilib.

Təşəbbüsə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarərəsinin direktoru Avril Haynesdən "COVID-19"un mənşəyi ilə bağlı məlumatların məxfiliyini açmaq tələb olunur.

Qanun layihəsinin mətnində vurğulanır ki, koronavirusun mənşəyinin səbəblərini öyrənmək gələcəkdə oxşar pandemiyaların qarşısının alınmasında əsas rol oynayır.

Qanunvericilərin fikrincə, "COVID-19" pandemiyasının Uhan Virusologiya İnstitutunda başlaya biləcəyinə inanmaq üçün əsas var.

Ehtimal olunur ki, Haynes Baydenin qanun layihəsini imzalamasından sonra 90 gün ərzində Amerika kəşfiyyatına verilən məlumatların məxfiliyini ləğv etməlidir.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun bu həftənin əvvəlində söylədiyi kimi, ABŞ kəşfiyyat agentlikləri yeni koronavirusun heyvandan insana ötürülməsi və ya laboratoriyadan sızma ilə yayıldığını öyrənmək üçün Çinin köməyinə ehtiyac olduğuna inanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru