Hindistan Rusiyaya qarşı sanksiyalara riayət dəcək

13-03-2023, 12:34           
Hindistan Rusiyaya qarşı sanksiyalara riayət dəcək
Hindistan hakimiyyəti Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını, o cümlədən Rusiya Federasiyasından alınan neftin 60 dollarlıq qiymət tavanını pozmamaq qərarına gəlib.

Hindistan hökumətinin rəsmiləri banklardan və treyderlərdən mövcud məhdudiyyətlərə əməl etməyi xahiş ediblər.

Bildirilir ki, Hindistan nümayəndələri martın əvvəlində Dehlidə keçirilən G20 toplantısı çərçivəsində ABŞ və digər ölkələrdən olan həmkarları ilə sanksiyaları ətraflı müzakirə ediblər. Tərəflər danışıqların nəticələrindən razı qalıblar.

Xatırladaq ki, dekabrın 5-dən Rusiya neftinin bir barelinin 60 dollardan yuxarı satılmamasına dair qərar qüvvəyə minib.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru