Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” ÇAĞIRDI

22-03-2023, 12:26           
Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” ÇAĞIRDI
Çərşənbə axşamı Ağ Ev Azərbaycan və Ermənistanı "eskalasiyanı azaltmağa" çağırıb, Turan-ın Vaşinqton müxbiri bu barədə xəbər verir.

"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq... Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin Administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi nədir sualına cavabda deyib.

Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.

Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından sonra, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ-ın dəstəyini təklif edəndən sonra verilib.

Öz növbəsində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib ki, dövlət katibi ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.

Turan-ın müxbirinin Blinkenin prezident Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı sualına Patel cavab verdi ki, o, danışıqların təfərrüatlarını bilmir, "amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdir", - deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.