Makron canlı yayımda bahalı saatını qolundan çıxardı - VİDEO
25-03-2023, 12:44
Fransa Prezidenti Emmanuel Makron respublikada pensiya yaşının artırılması ilə bağlı verdiyi müsahibədə bahalı saatını çıxarıb.
Makron buna görə tənqidlərə məruz qalıb.
Fransa Prezidenti canlı yayımda jurnalistlərlə söhbəti zamanı əllərini stolun altına aparıb və saatını qolundan çıxarıb. Sosial şəbəkə istifadəçiləri bu hərəkəti dəbdəbəli əşyanı kadrdan çıxarmaq cəhdi kimi qiymətləndiriblər. Belə ki, Makronun ölkədəki etirazlar və minimum əməkhaqqı alan insanların durumu ilə bağlı müsahibəsi zamanı qolundakı bahalı saat yersiz olunub.
Şərhçilərin dediyinə görə, prezident studiyaya 80 min avro dəyərində olan “FP Journe” saatı ilə gəlib.
“Heç vaxt bu qədər alıcılıq qabiliyyətinə malik olmayan” “minimalistlər” barədə danışarkən, o, gözəl dəbdəbəli saatını ehtiyatla masanın altında qolundan çıxarır”, - deyə deputat Klemans Qette “Twitter” hesabında yazıb.
Fransa Vətənpərvərlər Assosiasiyasının lideri Florian Filippo isə qeyd edib ki, Makron bu hadisəni insanlara unutdurmağa nail ola bilməyəcək.
Makronun ətrafından isə açıqlama verilib ki, prezident saatını güclü şəkildə stola vurub, buna görə də çıxarmaq qərarına gəlib. Müsahibə videosunu yenidən izləyən jurnalistlər də təsdiq ediblər ki, Makron həqiqətən də saatını stola vurub, sonra onu çıxarıb.
Bundan əlavə, prezidentin ətrafı rəsmi səfərlərdən olan çoxsaylı fotoşəkillərə istinad edərək bildirib ki, Makron il yarımdır “Bell & Ross BR V1-92” saatını taxır və bu saat respublika prezidentinin gerbi ilə bəzədilib. İnternetdə bu cür saatların fərdiləşdirilməmiş versiyaları isə 2400 avro dəyərindədir.
Mənbə: Aif.ru