İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir.

2-04-2023, 11:54           
İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir.
İran Azərbaycana nota verib.
Bildirirlər ki, Azərbaycan mediasında İran təhqir edilir və bunun qarşısını almağı tələb edirlər.
Görünür, Xameneyinin gerçək üzünü göstərən müəyyən yazılar onları qıcıqlandırıb.
Hərçənd, Azərbaycan mediasında İrana qarşı etiraz məqalələri yayımlansa da, təhqir edilmir, hər-halda onların bizə qarşı etdikləri səviyyədə yazılmır.
İran mediasında isə hər gün Azərbaycanı aşağılanır, “Bakı respublikası” kimi təqdim edir, dövlət olmadığımız iddia olunur, hər cür uydurmalar tirajlanır.
İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir.
İranın narahatlığı adekvat reaksiyanın effektliyini də ispat edir. İndiyə qədər Bakı daha loyal və ehtiyatlı yanaşırdı, görünür, Tehran bunu qorxaqlıq kimi anlayırmış.
Adekvat cavabla qarşılaşanda qıcıqlanırlar.
Asif Nərimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru