Latviyada məcburi hərbi xidmət bərpa olundu

6-04-2023, 12:58           
Latviyada məcburi hərbi xidmət bərpa olundu
2006-cı ildə məcburi hərbi çağırışı ləğv edən Latviya yenidən ümumi hərbi xidmətə qayıdıb.

Müvafiq qərar çərşənbə günü respublika parlamenti tərəfindən qəbul edilib.

Məlumata görə, 18-27 yaş arası kişilər hərbi xidmətə çağırılacaq.
Bu il iyulun 1-dən etibarən ilk çağırış 500 nəfərdən ibarət olacaq və könüllü xarakteri daşıyacaq. Əgər kifayət qədər könüllü olmazsa, adi qaydada toplanışa başlanılacaq. Çağırışçıların sayı mütəmadi olaraq artırılacaq. 2028-ci ildən isə illik çağırışçı sayı 7,5 min nəfər olacaq.

Mənbə: nvo.ng.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru