Elmira Axundova vəzifəsini itirdi

6-04-2023, 18:15           
Elmira Axundova vəzifəsini itirdi
Azərbaycan Ukraynaya yeni səfir təyin edir.

KONKRET.az xəbər verir ki, Bakupost.az-ın Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib.

Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir.

Yeni səfirlə bağlı əlavə məlumat verəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru