Laçın yolunda vəziyyət dəyişir...

7-04-2023, 12:14           
Laçın yolunda vəziyyət dəyişir...
Laçın yolundakı aksiyanın tələbi dəyişir: ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq;
Separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Bakının bununla Xankəndinə tələb göndərdiyini deyir. Bakı hələ Xocalı görüşündən sonra separatçılara ismarıc yollamışdı:
ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq;
Bu görüşdən sonra keçirilən əməliyyatlar nəticəsində separatçıların “nəfəslikləri” bağlandı. Buna paralel olaraq, görüntülər aksiya ərazisində Laçın yoluna nəzarətin daha da gücləndirildiyini deməyə əsas verir.
Mövcud situasiyda ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə - Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzunmüddətli davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru