Harri və Meqan III Çarlzın dəvətinə cavab vermədilər

7-04-2023, 11:18           
Harri və Meqan III Çarlzın dəvətinə cavab vermədilər
Meqan Markl və şahzadə Harri Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvətə cavab verməyiblər.

Sasseks hersoqu və hersoginyası tarixi hadisəyə dəvət aldıqlarını təsdiqləyən bəyanatdan sonra hələ ki, səssiz qalıblar.

Dəvətə cavab vermək üçün son tarix aprelin 3-ü olub. Lakin tacqoymaya cəmi bir ay qalmasına baxmayaraq, mərasimdə cütlüyün iştirak edib-etməyəcəyi hələ də bildirilməyib.

Kral sarayından da bu barədə “heç nə bilmədikləri”ni təsdiqləyiblər.


Qeyd edək ki, tacqoyma mərasimi mayın 6-da baş tutacaq.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru