MSK-ya hesabat verməyən partiyalardan AÇIQLAMA – “Maliyyə əməliyyatımız olmayıb ki, hesabat verək”

7-04-2023, 13:46           
MSK-ya hesabat verməyən partiyalardan AÇIQLAMA –
Mərkəzi Seçki Komissiyasının saytında yayılan məlumata görə, Azərbaycanda qeydiyyata alınan 57 siyasi partiyadan 22-si 2022-ci ilin maliyyə hesabatını bu günə qədər quruma təqdim etməyib.

Maliyyə hesabatını təqdim etməyən partiyalardan biri də Azərbaycan Liberal Partiyasıdır (ALP).

Bizim.Media-ya açıqlamasında partiya sədri Əvəz Temirxan keçən il üçün maliyyə hesabatı vermədiklərini təsdiqlədi və bunun səbəbini də maliyyə fəaliyyətlərinin olmaması ilə əlaqələndirdi:

“2022-ci ildə maliyyə fəaliyyətimiz olmayıb, ona görə də hesabat verməmişik. Qanuna görə maliyyə fəaliyyəti olmayanda hesabat verilməyə bilər”.

HƏP Məclisinin sədri Zəlimxan Məmmədli bu barədə informasiyaya malik olmadığını dedi:

“İnformasiyam yoxdur. Öyrənib açıqlama verəcəyik”.

Qeyd edək ki, siyasi partiyalar 2022-ci il üçün maliyyə hesabatlarını aprelin 1-nə kimi Mərkəzi Seçki Komissiyasına təqdim etməli idilər.

Onu da əlavə edək ki, Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyaları artıq 4-cü ildir ki, maliyyə hesabatı vermirlər.

Əvvəlki üç ildə maliyyə hesabatı verməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 2022-ci il üçün hesabatı artıq MSK-ya təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru