Rusiyaya qarşı məxfi sənədlərin yayılması ABŞ-ı çətin vəziyyətlə üzləşdirib

7-04-2023, 16:25           
Rusiyaya qarşı məxfi sənədlərin yayılması ABŞ-ı çətin vəziyyətlə üzləşdirib
Rusiyaya qarşı məxfi sənədlərin yayılması ABŞ-ı çətin vəziyyətlə üzləşdirib
ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı məxfi sənədlərinin sosial şəbəkələrə sızması ciddi reaksiyalara səbəb olub.

TEREF.AZ Reyting.az-a istinadla xəbər verir ki, ABŞ və NATO-nun Rusiyaya qarşı Ukrayna ordusunu gücləndirməyə yönəlmiş gizli planlarının “Twitter” və “Telegram”a sızdırılması ilə bağlı araşdırmalar başlayıb.

“New-York Times” qəzeti yazır ki, ABŞ və Ukrayna arasında aparılan danışıqların yer aldığı məxfi sənədlərdə Ukraynanın gözlənilən əks hücumu, əsgər və silahlarının sayı barədə məlumatlar Rusiya üçün çox faydalıdır.

İlkin sənədlərdə bəzi dəyişikliklər edildiyi və öldürülən rus əsgərlərinin sayının az olduğu bildirilib.

Digər tərəfdən, Ukraynaya silah göndərilməsinin təfərrüatlarının və Ukrayna ordusunun fotoşəkillərinin ictimailəşməsi ABŞ kəşfiyyatı üçün çox ciddi məlumat sızması kimi təqdim olunur.

“The New-York Times” bildirir ki, ABŞ hakimiyyətinin yazıları silmək cəhdləri uğurlu olmayıb.

Pentaqonun sözçüsü Sabrina Sinq deyib ki, sosial şəbəkədəki yazılarla bağlı xəbərlər nəzərdən keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru