"ABŞ-ın bu qərarından ehtiyat edirəm" - Zurabişvili

8-04-2023, 00:10           
"ABŞ-ın bu qərarından ehtiyat edirəm" - Zurabişvili
“Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı – namizəd statusunun (AB üzvlüyünə dair – red.) verilməsini gözlədiyi anda baş verib”.

Bu açıqlama ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib.

“ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, – deyə Zurabişvili bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstanın dörd hakiminin məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək korrupsiya əməllərində iştirak etdiklərini, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələdiklərini açıqlayıb və viza məhdudiyyəti tətbiq etməklə onlara qarşı sanksiya tətbiq edildiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru