Ukraynanın Baş naziri Denis Şmıqal əks-hücum üçün döyüş sursatları və zirehli maşınlar istəmək üçün Kanadaya gedəcək. Teref.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal özü bildirib. "İndi bizə ağır zirehli maşınlar lazımdır. Bizə daha çox artilleriya mərmiləri lazımdır: haubitsalar və tanklar üçün döyüş sursatı... Bu, bizim əks-hücumumuzun təşkili üçün son dərəcə vacibdir", - Şmıqal deyib.