Fransızların 60%-dən çoxu Makrona mənfi yanaşır

8-04-2023, 10:18           
Fransızların 60%-dən çoxu Makrona mənfi yanaşır
Fransada insanların əksəriyyəti Beşinci Respublikanın prezidenti Emmanuel Makrona pis münasibət bəsləyir.
“Viavoice”un “Liberation” üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 65%-i dövlət başçısının imicini mənfi hesab edir.

Qeyd edildiyi kimi, respondentlərin yalnız 30%-i Makrona müsbət münasibət bəsləyir, onlardan yalnız 4%-i prezidentə çox yaxşı yanaşır.

Fransızların 16%-i dövlət başçısı haqqında düşünərkən ilk emosiya kimi nifrət hissi keçirir. Prezidenti xatırlayan ölkə sakinlərinin digər 16%-i hirs, 13%-i ikrah və 9%-i laqeydlik hissini yaşayır.

Eyni zamanda, fransızların 55%-i hesab edir ki, Fransada azadlıq səviyyəsi xeyli aşağı düşüb və Makron ilk prezidentlik dövrü ilə müqayisədə daha avtoritar liderə çevrilib.

Sorğunun nəticələrinə görə, respondentlərin 69%-i dövlət başçısının ədalətli olmadığına və digər siyasi mövqeləri nəzərə almadığına əmindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru