Duma Ermənistana xəbərdarlıq etdi - “Ciddi səhvə yol verdi”

8-04-2023, 12:55           
Duma Ermənistana xəbərdarlıq etdi -
“İrəvan ciddi səhvə yol verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Aleksey Çepa “Qovorit Moskva” radiosuna açıqlamasında deyib.

Çepa Ermənistanın ABŞ-nin iki hərbi təlimində iştirak etmək niyyətində olması barədə danışarkən bunları deyib: “Təbii olaraq biz buna mənfi reaksiya verəcəyik. Ermənistanın mövqeyi də bizi çox məyus edir. Təəssüflər olsun ki, bunun ciddi səhv olduğunu anlayırıq. Bu, müəyyən siyasi nəticələrə gətirib çıxaracaq”.

Deputatın sözlərinə görə, Ermənistanın NATO-ya daxil olmaq şansı azdır. Onun fikrincə, alyansın əsas məqsədi Rusiya sərhədi yaxınlığında münaqişəli vəziyyət yaratmaqdır.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərin ABŞ-nin iki hərbi təlimində iştirak etməyi planlaşdırdığını açıqlayıb. Sözügedən təlimlər 2023-cü ildə Avropa ölkələrinin ərazisində təşkil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru