Lavrova ABŞ gedmək üçün viza verilməyib

12-04-2023, 12:37           
Lavrova ABŞ gedmək üçün viza verilməyib
BMT Təhlükəsizlik Şurasının apreldə Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.

“Hələ ki heç birimizə viza verməyiblər”, - deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.

Bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, apreldə ölkəsi Təhlükəsizlik Şurasına sədrlik edəcək: “Sergey Lavrov BMT-nin mənzil-qərargahını ziyarət edib, Şuranın aprelin 24-25-də keçiriləcək iclasına qatılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru