Diqqətçəkən məqam: “Azərbaycan bu iki ölkə ilə təmasa başlayan kimi...”

13-04-2023, 12:09           
Diqqətçəkən məqam:
Son günlər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında baş verən təmaslara verilən reaksiyalar diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu bildirib.

“Son günlər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında baş verən təmaslara reaksiyalar:

Azərbaycan-Ermənistan sərhədində itkilərlə nəticələnən silahlı qarşıdurma;

Qazaxıstanda 2022-ci ilin yanvarında sosial tələblərlə başlanan etirazlar formatında yeni aksiyalar.

Maraqlıdır, Gürcüstanda nə baş verəcək?

Xatırladım ki, hər üç ölkə Türkiyə ilə birlikdə Orta Dəhliz adlanan qlobal nəqliyyat-kommunikasiya kompleksinin keçməli olduğu yolun üzərindədir”, - ekspert deyib.

Ərəstun Oruclu indi regional və qlobal güclər arasında ən intensiv müzakirə olunan məsələnin Orta Dəhlizlə bağlı olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru