Paşinyan gecə saatlarınadək komandasıyla qapalı iclas keçirdi... - Hansı tapşırıqları verdi?..
13-04-2023, 12:32
Dünən – aprelin 12-də axşam Müdafiə Nazirliyində olan Nikol Paşinyan oradan birbaşa hakim “Vətəndaş sazişi” partiyasının ofisinə tələsib. Burada onun iştirakıyla gecə saatlara qədər qapalı iclas keçirilib.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Past” gündəlik nəşri malumat yayıb.
“Mənbələrimizin məlumatına görə, Paşinyan komanda üzvlərinə yaranmış vəziyyət barədə danışıb, bütün mümkün risklərin və ssenarilərin təfərrüatlarını təqdim edib. Eyni zamanda o, parlament “tərkibi”ni “öz” siyasi gündəliyindən kənara çıxmamağa, xüsusən də sessiyalar zamanı müxalifətlə mübahisələrə getməməyə, müxalifətin gündəminə əhəmiyyət verməməyə çağırıb.
Konkret olaraq qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişələri ilə bağlı ictimaiyyət arasında təşviş yaranmaması üçün hər şey edilməlidir. Deputatların vəzifəsi arzu olunan tezisləri və həll olunmamış mövzuları gözəl “paketlənmiş” şəkildə ictimai gündəmdə tirajlamaqdır” -deyə erməni qəzeti yazır.