Azərbaycanda axtarışda olan şəxslər İranda konfrans keçirdi - ŞƏRƏFSİZ YIĞINI...

13-04-2023, 16:51           
Azərbaycanda axtarışda olan şəxslər İranda konfrans keçirdi - ŞƏRƏFSİZ YIĞINI...
Tehran hökuməti Azərbaycan Respublikasında axtarışda olan bir neçə şəxsin iştirakı ilə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində toplantı keçirib.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, toplantıya son günlər SEPAH-a yaxın mediada din xadimi kimi təqdim edilən Sərxan Məmmədov başçılıq edib.

"Sionist rejimin Azərbaycanda təsirinin araşdırılması" mövzusunda keçirilən toplantıda SEPAH və SEPAH-a bağlı yarım-hərbi "Bəsic" qüvvələrinin üzvləri iştirak edib.

Toplantıda Azərbaycan Respublikasına qarşı ənənəvi və Tehran rəsmilərinin söylədikləri ittiham və iddialar təkrarlanıb.

Qeyd edək ki, son vaxtlar Tehran rejimi Azərbaycan Respublikasına qarşı siyasi-ideoloji təbliğatını məqsədli olaraq Güney Azərbaycan şəhərlərindən yürütməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru