Rusiya “Taxıl sazişi”ni uzatmaq istəmir

14-04-2023, 09:14           
Rusiya “Taxıl sazişi”ni uzatmaq istəmir
“Əgər problemlərin həllində irəliləyiş olmasa, mayın 18-dən etibarən “Taxıl sazişi” uzadılmayacaq”.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, “Taxıl sazişi” əvvəlki kimi, Qərb ölkələrinin maraqlarına uyğun olaraq, rəsmi Kiyevin yalnız kommersiya maraqlarına xidmət edir: “Əgər belə davam edərsə, müqavilənin uzadılması barədə danışmağa ehtiyac qalmayacaq”.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl müqavilənin müddətinin növbəti dəfə uzadılması perspektivinin az olduğunu bildirmişdi.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru