"Putini əsəbləşdirmək və ya meydan oxumaq çox vaxt bağ evində səliqəli intiharla bitir..."

15-05-2023, 00:01           
"Putini əsəbləşdirmək və ya meydan oxumaq çox vaxt bağ evində səliqəli intiharla bitir..."
"Putini əsəbləşdirmək və ya meydan oxumaq çox vaxt bağ evində səliqəli intiharla bitir..."

Səttar Həkim: "Priqojin pəncərədən düşə bilər, yaxud ətirli çaydan zəhərlənə bilər" - "Politico"

"Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir..."

"Bütün tənqidçilərini aradan götürmək üçün Putinə "Noviçok" kifayət etməz, lakin Priqojin üçün bir flakon tapılacaq..."

Putinin ünvanına ədəbsiz tənqiddən sonra "Vaqner qrupu" rəhbərinin həyatı təhlükədədir

"Vaqner qrupu"nun başçısı Yevgeni Priqojin çay işəndə ehtiyatlı olmalıdır, çünki Kreml şəxsən Vladimir Putinin ünvanına sərt tənqidə görə onu cəzalandıra bilər".

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrində dərc edilən istehzalı-analitik məqalədə deyilir.

"Vladimir Putini əsəbiləşdirmək və ya ona meydan oxumaq təhlükəli oyundur, çox vaxt səs-küylə və ya bağ evində səliqəli intiharla bitir", - məqalədə deyilir.

Nəşr xatırladır ki, Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Rusiyada görkəmli rusiyalıların müəmmalı ölümləri dalğası yayılıb. Ən azı yeddi rusiyalı oliqarx müəmmalı şəraitdə həlak olub, həmçinin bir çox tanınmış məmur qəflətən dünyasını dəyişib.

Məqalə müəllifləri güman edir ki, bu yaxınlarda şəxsən Putini təhqir edən Priqojin "izah edilməyən" tərzdə pəncərədən düşə bilər və ya bir fincan ətirli çay içərək ölümcül çökə bilər.

"O, ötən həftə özünün Rusiyada çoxları Putini nəzərdə tutduğunu hesab edən "xoşbəxt baba" haqqında ədəbsiz monoloqu ilə həddini aşmayıb ki? Ruslar arasında bundan daha zəif səbəblərdən pəncərədən düşənlər olub", - müəllif istehza edib.

Eyni zamanda, nəşr rusiyalı müxalif jurnalistlər Andrey Soldatov və İrina Boroqanın fikirlərinə yer verib. Onlar hələ də Priqojinin Rusiya hərbi kəşfiyyatı, Baş Kəşfiyyat İdarəsi, mümkündür ki, şəxsən Putin tərəfindən dəstəkləndiyi qənaətindədir.

Onlar istisna etmir ki, Kreml diktatoru qəsdən Priqojinə müəyyən sərbəstliklərə imkan verir ki, o, Rusiyanın hərbi rəhbərliyinə qarşı dayana bilsin.

Bundan öncə bu həftə Rusiyanın "Birinci kanal"ının sabiq əməkdaşı, xəbərlər studiyasının birbaşa efirində açıq şəkildə Putini məsxərəyə qoymaqla məşhurlaşan Marina Ovsyannikova bəyan edib ki, onun bütün tənqidçilərini aradan götürmək üçün "Noviçok" maddəsi yetməz.

"Lakin Priqojin üçün yəqin ki, bir flakon tapılacaq", - "Politico" yazır.

Priqojin Putinin üzərinə gedib

Xatırladaq ki, Priqojin mayın 9-da Putin cansıxıcı görkəmdə Qırmızı meydanda son illərdə ən sönük hərbi paradlardan birini müşahidə edərkən

Putinə hücum edib, dərc etdiyi videoda kifayət qədər aydın şəkildə onun "üzərinə gedib".

O, deyib ki, hansısa "xoşbəxt baba" Rusiya ordusunda hər şeyin yaxşı olduğunu düşünür, əslində isə rusiyalılar cəbhədə böyük itkilərə məruz qalır və daima döyüş sursatlarının qıtlığını hiss edir.

"Bu babanın birdən, təsadüfən, mən fərz edirəm, bitmiş üzdəniraq çıxacağı halda bundan sonra ölkə nə edəcək, müharibəni necə udacaq?" - Priqojin sual edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.