Liviya parlamenti baş nazirə qarşı etimadsızlıq votumu irəli sürdü

17-05-2023, 10:38           
Liviya parlamenti baş nazirə qarşı etimadsızlıq votumu irəli sürdü
Liviyanın Nümayəndələr Palatası baş nazir Fəthi Başağaya qarşı etimadsızlıq votumu irəli sürüb.

Bildirilir ki, tezliklə parlament Liviya hökumətinin başçısına qarşı təhqiqata başlamağı planlaşdırır.

Məlumdur ki, Başağa artıq səlahiyyətləri öz müavini Əli əl-Qətraniyə verib və bununla bağlı sərəncamı Nümayəndələr Palatasına göndərib.
Siyasətçiyə qarşı irəli sürülən iddialar və etimadsızlıq votumuna nəyin səbəb olduğu barədə təfərrüat açıqlanmır.

Mənbə: Al-Arabiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru