Rusiya hədələdi:

19-05-2023, 10:04           
Rusiya hədələdi:
Rusiya hakimiyyəti Moskvanın irəli sürdüyü tələblərə məhəl qoymayaraq, taxıl müqaviləsinin müddətinin daha 60 gün uzadıldığını etiraf edib.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Müqavilənin tərəfləri kimi ilk növbədə türkiyəli tərəfdaşların müraciətlərinə cavab olaraq, onun daha iki ay müddətinə – iyulun 17-si daxil olmaqla, heç bir dəyişiklik edilmədən uzadılmasını təsdiqləyiblər”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib. Eyni zamanda rusiyalı diplomatlar şikayət ediblər ki, praktikada sövdələşmənin yalnız Ukrayna hissəsi həyata keçirilir, heç kəs Rusiyanın tələblərinə məhəl qoymur. Rusiya Xarici İşlər Nazirliyi həmçinin Ukrayna taxılının guya əsasən zəngin ölkələrə ixrac edilməsindən hiddətlənib.

Sonda Rusiya Xarici İşlər Nazirliyi öz tələblərini bir daha xatırladıb: Rosselxozbank SWIFT-ə yenidən qoşulsun; Rusiyaya kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrinin çatdırılmasını bərpa edilsin; nəqliyyat logistikası və Rusiya kənd təsərrüfatı ixracının sığortası ilə bağlı sanksiyalar aradan qaldırılsın; “Tolyatti-Odessa” ammonyak boru kəmərinin işi bərpa edilsin; Rusiya şirkətlərinin xaricdəki aktivləri dondurulmasın.

“Bu tələblər yerinə yetirilmədən, prinsipcə Qara Dəniz Təşəbbüsünün hər hansı genişlənməsindən söhbət gedə bilməz və sazişin özü iyulun 17-dən sonra ləğv ediləcək”, – deyə Moskva hədələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru