Zelenski: “Rusiyaya sülh yox, raketlər və yeni hücum üçün vaxt lazımdır” - VİDEO

19-05-2023, 12:14           
Zelenski: “Rusiyaya sülh yox, raketlər və yeni hücum üçün vaxt lazımdır” - VİDEO
“Rusiyaya sülh yox, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır. 21-ci əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Strategic Ark 2023” konfransının iştirakçılarına müraciəti zamanı söyləyib.
“Rusiyaya sülh yox, zaman lazımdır - yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməmiş Rusiya siyasətinin düsturudur. 21-ci əsr həmin əsrlərin sonuncusu olmalıdır. Ukraynanın sülh düsturunda bunun həyata keçirilməsi üçün mexanizmlər, təhlükəsizlik təminatları var ki, bu, heç vaxt baş verməsin”, - dövlət başçısı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru