İsraildən Putinin yaxın adamı ilə bağlı ŞOK İDDİA
19-05-2023, 15:53

İsraildən Putinin yaxın adamı ilə bağlı ŞOK İDDİA
Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Anatoli Çubaysın İsrailə mühacirət etmək üçün müraciət etdiyi iddia edilir
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra ölkəni tərk edən Putinin keçmiş Davamlı İnkişaf üzrə xüsusi nümayəndəsi Çubays İsrailin şimalında rus əsilli yəhudilərin əksəriyyətinin yaşadığı Nof Hagalildəki Əhali, İmmiqrasiya və Sərhəd İdarəsində görüntülənib.
İsrailə mühacirət etdiyi ilə bağlı iddiaları təkzib edən Çubays mətbuata verdiyi açıqlamada "İsrail səfəri ilə bağlı statusunun dəyişdirilməsi üçün müraciət etdiyini" - bildirib.
Digər tərəfdən, İsrail İctimai Yayım Təşkilatına (KAN) danışan səlahiyyətlilər, Çubaysın İsrailə mühacirət üçün müraciət etdiyini bəyan edib.
Rusiya administrasiyasında yüksək vəzifələrdə çalışan Çubays 1990-cı illərdə Boris Yeltsinin şəxsi katibi, Putin dövründə isə beynəlxalq təşkilatlarda Rusiya nümayəndəsi kimi vəzifələri yerinə yetirib.

Kreml Moskvanın Ukraynaya hücumundan bir ay sonra Çubaysın Putinin müşaviri vəzifəsindən istefa verdiyini açıqlamışdı.