Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək

20-05-2023, 09:24           
Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək
Lavrov XİN rəhbərlərinin görüşündə bildirib ki, Bakı-İrəvan münasibətlərin tənzimlənməsində üçtərəfli razılaşmaların alternativi yoxdur.
Rusiyanın baş diplomatı nəzəri baxımdan düz deyir, müharibədən sonra tərəflər arasında liderlərin imzaladığı yeganə sənəd üçtərəfli razılaşmadır. Lakin bunun siyasi baxımdan da alternativsiz olması üçün indiyə qədər orada əksini tapımış bəndlər icra edilməli idi.
Qarabağdakı erməni silahlı dəstələr çıxarılmalı, Naxçıvana maneəsiz keçid verilməsi və s.
Nə Ermənistan öhdəliklərini yerinə yetirdi, nə də Rusiya bunu etdi. Laçın postunun qurulmasında sonra ümumiyyətlə üçtərəfli razılaşma arxa plana keçib.
Böyük ehtimalla Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək, xarici işlər nazirlərinin, daha sonra liderlərin Moskva görüşündə bu, müzakirə edilə bilər.
Hərçənd, erməni qoşunlar Azərbaycan ərazisindən çxıarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.