Blinken Ukraynaya “F-16”lar verilməsində israr edir – “Washington Post”

21-05-2023, 08:34           
Blinken Ukraynaya “F-16”lar verilməsində israr edir –
“ABŞ dövlət katibi Entoni Blinken müttəfiqlər arasında Ukraynanı “F-16” qırıcıları ilə təmin edən ən təsirli dəstəkçi idi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri onu da bildiriblər ki, qışda Almaniya öz tanklarını Kiyevə göndərməyə cəsarət etmirdi.

Pentaqonun müqavimətinə baxmayaraq, Blinken Ağ Evi “Abrams” tanklarının Ukraynaya göndərilməsi prosesinə başlamağa inandıra bildi. Sonradan bu amil Avropalı müttəfiqlərin tədarüklərə qoşulmasına imkan verdi.
Ətraflı

Mənbələrə görə, Ağ Evin “F-16” qırıcılarının Kiyevə təhvil verilməsinə razılıq verməsi NATO müttəfiqlərinin, ABŞ Konqresinin və şəxsən Ukrayna Prezidenti Vladimir Zelenskinin təzyiqinin nəticəsidir.

Uzun müddət ABŞ Prezidenti Co Bayden Amerika qırıcılarının Ukraynaya verilməsinə razılıq verməmişdi. Bundan əlavə, Vaşinqtonun mövqeyinə görə Avropa ölkələri hətta “F-16”-larla ukraynalı pilotlara təlim keçə bilməzdi.

Bununla belə, “The Washington Post” qeyd edir ki, döyüş təyyarələrinin çatdırılma vaxtı Ukraynanın gözlədiyi qədər tez olmaya bilər. Potensial təchizatçılar - ilk növbədə, Hollandiya, Danimarka, Norveç və Polşa kimi “F-16”lara malik Şimali ölkələr - öz arsenallarını sınaqdan keçirmək üçün vaxta, eləcə də pilot təlimləri keçirmək üçün resurslara ehtiyac duyurlar.

Daha əvvəl bildirilirdi ki, Ukraynaya havada Rusiya üzərində üstünlük əldə etmək üçün 180-ə yaxın müasir qırıcı lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.