İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimalında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.
Bunu İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani deyib. O qeyd edib ki, bundan əvvəl İran və Oman bir neçə dəniz təlimi keçirib. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq dənizdə əməkdaşlıq etməyə hazırdır.