İranla Azərbaycan MƏTBU DAVAYA SON QOYUR? - Tehran dövləti açıqladı ki...

9-06-2023, 17:21           
İranla Azərbaycan MƏTBU DAVAYA SON QOYUR? -
Məlum olduğu kimi, dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqalr aparılıb. DİA.AZ bildirir ki, bu barədə rəsmi Bakı qısa bir məlumat yaymaqla yetinsə də, fars-moll rejiminin Azərbaycandakı nümayəndəliyi bir qədər geniş mətnlə xəbəri çatdırıb.

Tehran dövləti adından yayılan xəbərdə deyilir: "İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ötən axşam telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyətini müzakirə ediblər
Ətraflı şəkildə davam edən telefon danışığında tərəflər problemlərin həlli və lazımi nəticələrin əldə edilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin və müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi zəruriliyini vurğulayıblar.
Tərəflər media məkanının düzgün idarə olunmasını konstruktiv hesab edərək, iki ölkə arasında son məsələlərə nəzər salaraq, anlaşılmazlıqların aradan qaldırılmasının və İran İslam Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin təbii məcraya yönəldilməsi ,mehriban qonşuluq prinsipləri və iki ölkənin birgə maraqları əsasında davam etdirilməsi vacibliyini vurgulayıblar".

DİA.AZ bildirir ki, burada diqqətçəkən məqamlardan başlıcası odur ki, tərəflərin bir-birinin əleyhinə yürütdüyü mətbu kampaniya da müzakirə predmeti olub. Fars-molla tərəfinin açıqlamasından belə anlaşılır.

Rəsmi Bakının bu barədə susması isə razılığın olmamasına işarə kimi qəbul edilə bilər...

Azər FİKRƏTOĞLU - DİA.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.