Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

5-07-2025, 00:03           
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
Moskva vilayəti Azərbaycanlıları Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığı ləğv olunub.

O, APA-ya məlumatı təsdiqləyib.

Məlumata görə, vətəndaşlıqdan məhrumetmə “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə” baş verib.

E.İbrahimov bildirib ki, bir neçə gündən sonra Azərbaycana qayıdandan sonra bu barədə açıqlama verəcək.

Elşən İbrahimov vətəndaşlığının ləğvinin səbəbini bir neçə gün sonra Azərbaycana qayıdanda açıqlayacağını bildirib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər Yekaterinburqda polisin bir neçə etnik azərbaycanlının həbsi və illər əvvəl törədilmiş qətl ittihamı ilə nəticələnən reydindən sonra kəskin şəkildə pisləşib.

Gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşları zorakılıqla həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru