Spiker deputata qəzəbləndi: - `Zahid, sənin səviyyən yoxdur

24-06-2016, 14:30           
Spiker deputata qəzəbləndi: - `Zahid, sənin səviyyən yoxdur
Milli Məclisin növbədənkənar sessiyası işə başlayıb.

AzVision.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı müzakirələrdə çıxış edən millət vəkili Zahid Orucun mövzudankənar dediyi fikirlər spiker Oqtay Əsədovu qəzəbləndirib.

Çıxışı saxlanıldığı üçün deputat yerində etiraz edərək danışmaq istədiyini bildirib. Spiker millət vəkilinə irad tutaraq deyib ki, o, hər dəfə mövzudan kənar məsələlərə toxunur.

Bu zaman deputatla sədr arasında narazılıq yaranıb. Spiker Zahid Oruca bir daha ona söz verməyəcəyini deyib: “Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru