Zahid Orucla bağlı iclas keçiriləcək - Komissiya sədri

24-06-2016, 14:43           
Zahid Orucla bağlı iclas keçiriləcək - Komissiya sədri
Milli Məclisin İntizam Komissiyası deputat Zahid orucun məsələsi ilə bağlı yaxın günlərdə iclas keçirəcək.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komissiyanın sədri Ağacan Abıyev deyib.

o, Zahid Orucun Komissiyaya çağırılacağını deyib: "Buna səbəb onun bəzi qaydaları yadından çıxarmasıdır. Hər bir deputatınn başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Bunun qarşılığında niyə sənə söz deyən kimi başlayırsan ona cavab verməyə. Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda, biz isə aşağıda oturuq".

A. Abıyev qeyd edib ki, parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur: "Bu, qanunvericliyə ziddir. Deputat sədrlə söz güləşdirsə, bu, parlament olmaz. Sədr bizi idarə edir. Qayda qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, deputatın burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa kişinin yaşına, tutduğu vəzifəyə hörmət etmək lazımdır".

Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcəyini deyən Ağacan Abıyev əlavə edib ki, 12 nəfər komiisya üzvü öz fikrini bildirəcək: "Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.