Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk etdi

2-07-2023, 10:24           
Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk etdi
Rusiyanın Buxarestdəki səfirliyinin 40 əməkdaşı (ailə üzvləri ilə birlikdə - 80-ə yaxın rusiyalı) ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbindən sonra Rumıniyanı tərk edib.
Hurriyyet.Az xəbər verir ki, barədə TASS-a Rusiya səfirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya səfirliyinin bəzi əməkdaşları Rumıniyanı daha əvvəl tərk edib və ölkəni tərk edən Rusiya vətəndaşlarını ümumi sayı 140-a çatıb.

Qeyd edək ki, iyunun 8-də Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ölkə hakimiyyətinin 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çox ixtisar edilməsini tələb etdiyi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru