ATƏT PA hərbi cinayətlərə görə Rusiya üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyib

2-07-2023, 11:14           
ATƏT PA hərbi cinayətlərə görə Rusiya üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyib
ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında Rusiya Federasiyasının Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunalın yaradılması haqqında qətnamə qəbul edilib.

Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

Deputat onu da diqqətə çatdırıb ki, beynəlxalq sənəddə ilk dəfə olaraq Rusiya Federasiyasının dövlət ideologiyası kimi millətçi qeyd olunur.

“Nəhayət, qətnamə Rusiya məmurlarını məsuliyyətə cəlb etmək üçün Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyir, həmçinin Rusiya dövlətinin irqçilik ideologiyasını pisləməyə çağırır”, - o qeyd edib.

ATƏT PA bu qətnamədə həmçinin yalnız Rusiya parlamentarilərinə viza qadağasını dəstəkləyən ölkələrdə nizamnamə iclaslarının çağırılmasını tələb edib.
Eyni zamanda, ATƏT PA Rusiya Federasiyası vətəndaşlarına viza verməyə hazır olan ölkələrdə öz iclaslarını keçirməyəcək.

Qətnamədə müharibəni dəstəkləyən rusiyalı parlamentarilərin hərbi əməliyyatlar bitənə qədər Assambleyada məsul vəzifələrə təyin edilməməsinə çağırış var.

Həmçinin, Assambleyanın Daimi Komitəsi Rusiya Federasiyasının tammiqyaslı müharibəsi ilə bağlı geniş spektrli məsələlər üzrə parlamentarilər arasında məsləhətləşmələri daha yaxşı əlaqələndirmək üçün Ukrayna xalqına yardım göstərmək bu ölkənin parlamentinə Dəstək üzrə Xüsusi Komitənin yaradılması qərarını dəstəkləyib.

Mənbə: “RBC Ukraina”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.