Zurabişvili Rusiyanın Odessaya raket hücumuna reaksiya verib: “Növbəti hərbi cinayətdir”

24-07-2023, 07:44           
Zurabişvili Rusiyanın Odessaya raket hücumuna reaksiya verib:
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessaya kütləvi raket hücumuna reaksiya verib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə yazıb.

Zurabişvili vurğulayıb ki, Rusiya Odessaya hücum etməklə növbəti hərbi cinayət törədib.

“Mən UNESCO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun mülki əhalisinə edilən hücumları, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasını qəti şəkildə pisləyirəm”, - o, sosial şəbəkədə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru