Amerikalı ekspert: “BMT TŞ Ermənistanın dezinformasiya kampaniyasına uymamalıdır"

14-08-2023, 19:54           
Amerikalı ekspert:
Amerikalı ekspert: “BMT TŞ Ermənistanın dezinformasiya kampaniyasına uymamalıdır"
“BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasına və informasiya müharibəsinə uymamalıdır”.

Bunu "Report"a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Ekspertin fikrincə, Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə və BMT Təhlükəsizlik Şurasını məhz özünün süni şəkildə yaratdığı məsələlərə müdaxilə etməyə inandırmağa çalışır: "Aİ, ABŞ və BMT Ermənistanın Avropanın mühüm strateji müttəfiqi Azərbaycana qarşı dezinformasiya kampaniyasının tələsinə düşməməlidir. Avropa İttifaqı və BMT rəhbərliyi hazırda Ermənistan ərazisindən həyata keçirilən silah və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hərtərəfli araşdırma aparmalıdır”.

P.Teys hesab edir ki, beynəlxalq ictimaiyyət Ermanistanın korrupsioner rəhbərliyinin Avropanın və regionun təhlükəsizliyini təhdid etməsilə bağlı məlumatları toplamalı və araşdırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru