Vardanyanın adamı sirri açdı: “Başçılar kef eləyir, evlərində ərzaq depoları var”

5-09-2023, 19:07           
Vardanyanın adamı sirri açdı:
Qarabağdakı separatçıların, habelə Rusiyanın dadmı Ruben Vardanyanın adamları artıq özləri də etiraf etməyə başlayıblar ki, bölgədə özlərinin durmunu yaxşı deyil. Lakin onlara “rəhbərlik” edənlər isə kef içində yaşayırlar.

Onlardan biri, Vardanyanın Qarabağdakı əsas adamlarından sayılan, Ağdam-Xankəndi yolunun bağlayan dəstənin başçısı Arşak Abramyan bölgədəki vəziyyətlə bağlı açıqlama verib. Üstəlik, o, Qarabağdakı separatçıların rəhbərlərinin necə yaşamasından danışıb.

JAMAZ.İNFO xəbər verir ki, “Hraparak”a danışan Abramyan bildirib ki, separatçıların rəhbərlərinin heç bir maddi və ərzaq sıxıntısı yoxdur. “Hamı bilir ki, evlərində böyük depoları var. Siz onları növbəyə duran da görməzsiz. Necə istəyirlər, elə də davranırlar. Yaşayışları da yerindədir”.

Vardanyanın adamı onu da deyib ki, istədikləri vaxt zor tətbiq edib, adamları küçələrə belə ata bilirlər. “Durub adam kimi demirlər ki, ay camaat, bundan sonra cəngəllik qanunları ilə yaşayacaqsız”.

O bildirib ki, Qarabağda heç bir nəzarət və qanun yoxdur. “Yalandan iclas keçirirlər ki, guya, filan şeyə nəzarət edirlər. Hamısı saxtakardır. Bu dəqiqə yiytəsizlik hökm sürür”.

Abramyan bildirib ki, bir çoxları yaranmış vəziyyətdən dolayı çıxıb getmək istəyir. “İnsanlar elə vəziyyətə düşüblər ki, onlar kimin “president”, kimin “parlamentin sədri” olması maraqlandırmır. İnsanlar artıq özlərinin və övladlarının həyatı haqında düşünürlər. Bu uzun müddət belə davam edə bilməz”.

Separatçıların nümayəndəsi sonda bildirib ki, hadisələrin indiki gedişatı Qarabağa sosial partlayış vəd edir. “Şübhəsiz partlayacaq. Belə davam edə bilməz. Dəhşətli vəziyyətdir”.

P.S. Ay bədbəxtlər, 3 ildir sizə normal insane dilində təklif edirik ki, buraxın bu mənasız iddianı, əl çəkin separatçılıqdan. Adam kimi gəlib Azərbaycan vətəndaşı olub. Siz də bi gün görün. Yoxsa, belə davam edib, özünüzü də, balalarınızı da bədbəxt edəcəksiz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.