Tramp Respublikaçılar arasında ən yüksək dəstəyə malikdir

6-09-2023, 09:43           
Tramp Respublikaçılar arasında ən yüksək dəstəyə malikdir
Yeni sorğuya əsasən, keçmiş prezident Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlər siyahısında birinci yerdədir.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, potensial 10 elektoratın 4-ü Trampın namizədliyini dəstəkləyir:

“Tramp öz partiyasından prezidentliyə ən yaxşı namizəddir, o, ən yaxın rəqibini 30%-dən çox qabaqlayır. Və bir çoxları Trampın geniş spektrli problemləri həll etmək üçün ən yaxşı insan olduğuna inanır”.

Nəşr yazıb ki, təxminən üçdə ikisi onu ən yaxşı iki namizəddən biri hesab edir, 61% onun partiyanın namizədi olmaq ehtimalının yüksək olduğunu düşünür. Əksəriyyət seçici hesab edir ki, Trampa qarşı irəli sürülən cinayət ittihamları onun prezidentlik qabiliyyəti ilə heç bir əlaqəsi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru