Ermənistanda ABŞ-la birgə hərbi təlim keçiriləcək

6-09-2023, 15:04           
Ermənistanda ABŞ-la birgə hərbi təlim keçiriləcək
Sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının "Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.

Müdafiə Nazirliyi vurğulayır ki, təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” proqramının "Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni bölməsinin hazırlığının artırılmasıdır.

Qeyd edək ki, Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir, eyni zamanda Avro-Atlantika Tərəfdaşlıq Şurasının üzvüdür və burada fərdi tərəfdaşlıq fəaliyyət planlarını (IPAP) həyata keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.