Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundu

21-09-2023, 08:34           
Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundu
Rusiya sülhməramlı kontingentini Qarabağdan yola salmağa nail olduqdan sonra bu ölkənin bölgəyə təsir imkanları azalacaq. Ermənistan üçün Qarabağ itkisi İrəvanın Kremllə münasibətlərini daha da gərginləşdirəcək.
Ermənistanda “Rusiya hərbi bazasını çıxartmaq lazımdır”, “Rusiyanın əvəzinə İrandan qaz alaq”, “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır” kimi şüarlar gur eşidiləcək. Bu baş nazir Nikol Paşinyanın da maraqlarına cavab verir.
Ancaq ayrılma ağrılı keçəcək. Kreml Ermənistanı cəzalandırmağın yollarını arayacaq, çünki Rusiya Cənubi Qafqazdakı son forpostunu tərk etmək istəməyəcək.
Ermənistan uğrunda Qərblə Rusiya arasında nüfuz mübarizəsi güclənəcək.
Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundur. Rusiyanın təsir alətləri azalarsa regional əməkdaşlıq üçün yeni fürsətlər yaranacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru