Ukrayna ilə avropalı müttəfiqləri arasında ərzaq idxalına qadağalarla bağlı mübahisə gedir

21-09-2023, 11:54           
Ukrayna ilə avropalı müttəfiqləri arasında ərzaq idxalına qadağalarla bağlı mübahisə gedir
Bir neçə Şərqi Avropa dövlətinin Ukraynanın ərzaq məhsullarına idxal qadağaları tətbiq etməsindən sonra Ukrayna bu həftə Ümumdünya Ticarət Təşkilatına şikayət edərək, bununla Rusiyanın 2022-ci ildəki işğalından sonra Kyivə dəstək verməyə çalışan Avropa İttifaqındakı parçalanmaları ortaya çıxarıb.

Macarıstan, Polşa və Slovakiya ötən cümə günü Ukrayna taxılı və digər ərzaq məhsullarının idxalına qadağa qoyaraq, bunun öz fermerlərinə sərf etmədiyini bildiriblər.

Kyiv bazar ertəsi Ümumdünya Ticarət Təşkilatına şikayət etdiyini təsdiqləyib.

"Avropa İttifaqına ayrı-ayrı üzv ölkələrin Ukrayna mallarının idxalına qadağa qoymaq hüququ olmadığını sübut etmək bizim üçün çox vacibdir. Bu səbəbdən biz Ümumdünya Ticarət Təşkilatında onlara qarş iddia qaldırırıq" - deyə, Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko açıqlamasında bildirib.

Belçikanın Brüssel şəhərindəki "Bruegel" tədqiqat qrupunun ticarət üzrə eksperti David Kleyman Ümumdünya Ticarət Təşkilatının tezliklə qərar verəcəyi ehtimalının olmadığını deyib.

"Proses 60 günlük məsləhətləşmələrlə başlayır və bu, məsləhətləşmələr zamanı tərəflərin əsasən mübahisənin qarşılıqlı razılaşdırılmış həllini tapa biləcəkləri vaxtdır. Bunun bir hissəsi kimi Slovakiya və Polşada seçki proloqunun nəticəsi olduğunu nəzərə alsaq, bu, elə də çətin deyil. Ola bilsin ki, bu müddət ərzində keçirilən məsləhətləşmələrdə bir qərara gəlmək mümkün olsun" - deyə, Kleyman Amerikanın Səsinə bildirib.

Slovakiyada sentyabrın 30-da, Polşada isə oktyabrın 15-də seçkilər keçirilməlidir.

Ukrayna prezidenti deyib ki, Avropa dövlətlərinin öz ixrac marşrutlarını yenidən açması çox vacibdir. "Bizim qonşularımızın müharibə zamanı Ukraynanı dəstəkləməsinə ehtiyacımız var. Razılaşmalar işlədikdə və vədlər yerinə yetirildikdə Avropa həmişə qalib gəlir" - deyə Ukrayna prezidenti Volodimir Zelenski cümə günü televiziya ilə çıxışında bildirib.
/www.amerikaninsesi.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.